Maskın sərvəti bir həftədə 37,3 milyard dollar artdı


Amerikalı iş adamı İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu artım Maskın 2022-ci ilin martından bəri ən böyük həftəlik artımı olub.
Agentliyin qeyd etdiyi kimi, Mask hazırda dünyanın ən varlı adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir. Bununla da, “X”in sahibi 203 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci olan “Amazon”un qurucusu Ceff Bezosla arasındakı fərqi azaltmaqda davam edır. “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno isə 217 milyard dollarlıq sərvəti ilə siyahıdakı birinciliyini qoruyur.

DİGƏR XƏBƏRLƏR

Top